4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

ÇSKA-dan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım

Hazırda Antalyada təlim-məşq toplanışında olan Moskva ÇSKA-sı Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göstərib.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı klubun sosial şəbəkə hesabında yer alan paylaşımda bildirilir:

“Uzun müddətdən sonra biz ilk dəfə olaraq yenidən Antalyada hazırlıq keçirik. Bu ölkəyə və onun vətəndaşlarına qonaqpərvərliklərinə görə minnətdarıq. Artıq 24 gündür toplanış çərçivəsində istənilən məsələnin həllində bizə yardımçı olurlar. 6 fevralda baş vermiş faciəyə görə biz də çox məyusuq. Artıq 36 minə çatmış insan ölümü bizi dərindən kədələndirir. Biz də humanitar yardımdan kənarda qala bilməzdik. Komandanın toplantısında yardımla bağlı yekdilliklə qərar qəbul olundu və faciə bölgəsində olan insanların ehtiyaclarını müəyyən qədər qarşılamaq üçün vəsait ayrıldı. Artıq alınmış lazımi ərzaq və əşyalar faciə bölgəsinə göndərilir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31