4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Qarabağ ermənisi “Qalatasaray”ın təklifindən imtina edib?

Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryan karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolxeber.az saytının “Fotomac”a istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçunun xidmətində “Qalatasaray” maraqlıdı.

Lakin Rusiyanın “Çempionat” nəşri Zaxaryanın İstanbul klubuna transfer olunmayacağını yazıb. Bildirilib ki, “Qalatasaray” “Dinamo”ya ilə danışıqlar aparmaq istəsə də, futbolçu özü keçiddən imtina edib.

Daha əvvəl Avropanın bir sıra klublarının da Zaxaryanı izlədikləri barədə məlumat yayılmışdı. Onun qiyməti 25 milyon avro məbləğində dəyərləndirilirdi.

Cari mövsüm Rusiya Premyer Liqasında 16 oyuna çıxan gənc yarımmüdafiəçi 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi Rusiya vətəndaşlığı daşısa da, Qarabağ ermənisidir. Onun ailəsi I Qarabağ müharibəsi başlayan zaman Ağdərədən Samaraya köçüb. Arsenə də məhz burada dünyaya gəlib. Onun atası Norayr tikinti sahəsində çalışır. Böyük qardaşı David də futbolçu olub. Lakin zədə səbəbindən karyerasını erkən başa vurub.

Adil ƏHMƏDOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31