4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Mbappe ehtiyatda olsa, bu, oynamaq üçün olacaq, “Bavariya”nı qorxutmaq üçün yox”

PSJ-nin baş məşqçisi Kristof Qaltye Kilian Mbappenin “Bavariya” ilə oyunda meydana çıxmaq ehtimalı barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis hazırda hücumçunun özünü yaxşı hiss etdiyini bildirib:

“Bu gün Mbappe komanda ilə birgə məşq etdi. Hazırlıq prosesinin sonuna kimi verilən bütün tapşırıqları yerinə yetirdi. Təəssüratlarım çox yaxşıdı. Lakin adının heyətə düşüb-düşməyəcəyini sabah müzakirə edəcəyik. İlk növbədə onun fikrini öyrənəcəm, sonra isə tibbi personalla danışacam. İndidən Kilianın heyətdə daxil edilib-edilməyəcəyini əminliklə söyləyə bilmərəm. Amma onun adı siyahıya daxil edilsə, bu, oynamaq üçün olacaq, “Bavariya”nı qorxutmaq üçün deyil”.

Qeyd edək ki, Mbappe fevralın 1-də “Monpelye” ilə oyunda zədələnib. Əvvəlcə onun “Bavariya”ya qarşı oynaya bilməyəcəyi deyilirdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31