4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Qonşusu Neymarın səs-küydən şikayətləndi: "Polisə şikayətlə nə dəyişir ki?"

PSJ-nin hücumçusu Neymarın Parisdəki qonşuları tez-tez ondan şikayət edirlər.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Valentin adlı qonşulardan biri bildirib ki, ulduz futbolçu evində tez-tez ziyafət təşkil etməsə də, bəzən səs-küydən gec yatmaq olmur:

“Mən burda yaşadığım müddətdə 4, ya 5 dəfə Neymar evində səs-küylü ziyafət təşkil edib. Şənlik səhər 5-6-ya qədər davam edib. Sonuncu dəfə belə hal Parisdə baş tutan Braziliya - Tunis oyunundan sonra yaşanmışdı (27 sentyabr, 2022-ci il – red.). Axşam 23:00 radələrində bütün komanda Neymarın evinə gəldi. Daha sonra saat 6-ya kimi əyləndilər. Təəssüf ki, məni çağırmamışdılar (gülür)”.

“Bəs səs-küy olarkən polisə xəbər verirsinizmi” sualını Neymarın qonşusu belə cavabıandırıb: “Daha əvvəl şikayət edənlər olub. Bir dəfə polisin gəldiyini görmüşəm. Amma şikayətlə nə dəyişir ki? 135 avro cərimə edirlər, vəssəlam. Neymar üçün o pul heç nədir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31