4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Jirkov karyerasını başa vurdu

Rusiya millisinin sabiq üzvü Yuri Jirkov futbolçu karyerasını başa vurub.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda 39 yaşlı müdafiəçi açıqlamasında deyib:

“Artıq peşəkar futbolçu karyeram başa çatdı. Yəqin ki, bu qərar heç kim üçün sürpriz olmayacaq. Hələlik gələcəkdə hansı sahədə çalışacağıma qərar verməmişəm. İndiki məqamda yalnız həyatdan zövq almağa çalışıram”.

Qeyd edək ki, Tambovda anadan olan Jirkov peşəkar karyerasına yerli “Spartak”da başlayıb. Daha sonra ÇSKA, “Çelsi”, “Anji”, “Dinamo” və “Zenit” kimi klublarda forma geymiş veteran futbolçu son olaraq “Ximki”də çıxış edib.

O, karyerası ərzində 21 totul qazanıb. Onların arasında daha çox Moskva ÇSKA-sı ilə qazanılan UEFA kubokunu, “Çelsi”nin heyətində qazandığı İngiltərə çempionluğunu, ölkə kuboku və superkubokunu qeyd etmək olar.

Rusiya millisində isə Yuri 105 oyunda forma geyib və 2 qol vurub. Avro-2008-in bürünc medalını qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31