4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Abramoviç Braziliyada klub alır?

Rusiyalı biznesmen Roman Abromoviç Braziliyada futbol klubu almağı planlaşdırır.

Futbolxeber.az saytının məlumatına görə, bi iddia ilə Braziliyanın “Fanaticos” portalı çıxış edib. Portal yazır ki, Ukrayna ilə müharibəyə görə Avropada qadağalarla üzləşən bəzi rusiyalı biznesmenlər Cənubi Amerika futboluna maraq göstərirlər. Abromoviçin maraq dairəsində olan klublar arasında “Atletiko Mineyro”, “San Paolo” və ikinci liqada yarışan “Londrina”nın olduğu bildirilir.

Lakin Abramoviçin mətbuat xidməti yayılan onformasiyanı təkzib edib. “Braziliyada futbol klubunun alınması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Abramoviç 2003-2022-ci illərdə İngiltərənin “Çelsi” klubunun sahibi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31