4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Milan”ın qapıçısı DÇ-2022-dən kənarda qaldı

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan Dünya çempionatında çıxış edə bilməyəcək.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu haqda Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli açıqlama verib:

“Biz vəziyyəti mümkün qədər yaxşı dəyərləndirməyə çalışdıq. Mayk meydana mümkün olduğu qədər tez qayıtmağa çalışırdı. Lakin təəssüf ki, o, yalnız yeni ildən sonra meydana qayıda biləcək”.

Qeyd edək ki, 27 yaşlı qapıçı Millətlər Liqasının 5-ci turunda Avstriya ilə görüşdə zədələnib. Menyanın vəziyyəti düzəlməyə doğru getsə də, o, “Milan”ın məşqində yenidən xəsarət alıb.

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə kimi Qətərdə keçiriləcək. Fransa millisi D qrupunda Danimarka, Avstraliya və Tunislə birgə mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31