1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Mahir Emreli: “Vurduğum qol isə mənim üçün xoş bir bonusdur”

“İlk növbədə qalib gəldiyimizə sevinirəm. Vurduğum qol isə mənim üçün xoş bir bonusdur”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Dinamo”nun hücumçusu Mahir Emreli dünən Xorvatiya liqasının 2-ci turunda “İstra 1961”lə oyundan (4:1) sonra klubun TV kanalına müsahibəsində deyib.

Zədədən yeni qayıdan həmyerlimiz 81-ci dəqiqədə meydana buraxılıb və 7 dəqiqədən sonra komandasının 4-cü qolunu vurub. Bu, Mahirin yeni mövsümdə "Dinamo"da ilk qolu olub.

Emreli deyib: “Aldığım zədə məni çox narahat edirdi. Belimdə problemlər vardı. İndi özümü əla hiss edirəm və komandama kömək edə bilərəm. Bilmirəm, növbəti oyunda meydanda neçə dəqiqə olacağam, amma gücüm çatan ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, oyundan oyuna istədiyim formaya düşəcəm. Axı, mən artıq 6 matçı buraxmışam. Zədədən sonra əvvəlki formanı yığmaq çətin olur. Amma çalışacağam”.

Emreli psixoloji durumu barədə danışarkən deyib: “Mən “Dinamo”nun oyunçusuyam, ona görə də sakit olmalıyam. Zədələr olur. Amma biz peşəkarıq. Odur ki, psixoloji baxımdan yaxşıyam. Axı, bizim əla komandamız var. Meydanda olan və olmayan bütün uşaqlarla gözəl münasibətdəyik. Mən bundan razıyam”.

Martin Martin Baturinin ona verdiyi qol ötürməsi barədə də danışıb: “Mən elə Martinə görə qol vurdum ki, onun statistikası yaxşılaşsın (gülür). Əgər ciddi danışsaq isə Martinin oyunu xoşuma gəlir. Onun böyük gələcəyi var. Bu epizodda o, əla oynadı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31