29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Xarici futbol

Lippert Azərbaycanı Qanaya dəyişdi

AFFA-nın Texniki direktoru Bernhard Lippertin yeni iş yeri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Qana Futbol Assosiasiyasında (GFA) eyni vəzifəni icra edəcək. Lippert bu postda Fransis Oti Akentenqini əvəzləyəcək.

GFA-ya texniki direktor postu üçün 100-dən çox məşqçi müraciət edib. Bu vəzifəyə 6 namizəd müsahibə üçün seçilib. Onlardan yarısı yerli, yarısı əcnəbi olub. Həmin şəxslər videokonfrans yolu ilə müsahibələrdən keçib.

Qurumun Lippertlə şəxsi şərtləri razılaşdırdıqdan sonra onun təyinatını açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Bernhard Lippert 2008-ci ildən bu ilin iyulunadək Azərbaycanda çalışıb. Lippert bu müddət ərzində U-21 və U-19 yığma komandalarında baş məşqçi kimi də çalışıb ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30