26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Rüfət Daşadov: “Hər görüşdə qələbə haqda düşünürük”

“Bu, həqiqətən çox yaxşı nəticə oldu. 3 xal bizim üçün olduqca vacib idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Almaniyanın "Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov deyib.

Üçünçü bundesliqanın 33-cü turunda evdə "Münhen 1860"ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda komandasının qələbə qolunu vuran millimizin üzvü qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. 27 yaşlı forvard növbəti matçlarda da qələbə qazanmağa çalışacaqlarını bildirib:

"Biz hələ bilmirik, topladığımız 45 xal çempionatda qalmaq üçün bizə bəs edəcək, ya yox. Bu, digər komandalardan da asılıdır. Amma biz daha çox öz oyunumuza baxırıq və hər bir görüşdə qələbə haqda düşünürük. Uzun müddət idi qol vura bilmirdim. Cari mövsüm 8 qoldan yalnız birini öz meydanımızda vurmuşam. Ancaq evdə də azarkeşlərimizi qollarla coşdurmaq istəyirəm. Bu tilsimi tezliklə qırmağa çalışacağam".

Qeyd edək ki, "Proyssen" sona 5 tur qalmış 45 xalla 7-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30