4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

"Qalatasaray"ın yeni transferi kimdi?

“Akhisarspor”un hücumçusu  Yevgeni Seleznyov karyerasını “Qalatasaray”da davam etdirə bilər. 
 
Futbolxeber.az saytının məlumatına görə, Seleznyovun “Rizəspor”a keçəcəyi ilə bağlı məlumat yayılmışdı.
 
Ancaq futbolçunun agenti İvan Pirojenko bu xəbəri təkzib edib və müştərisinin “Qalatasaray”da oynaya biləcəyini bildirib: 
 
“Seleznyovla bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Onunla bağlı xeyli söz-söhbət, mif yayılıb. Deyirlər ki, guya Jenya “Rizəspor”la müqavilə bağlayıb. 
 
Biz heç bir müqavilə imzalamamışıq. “Rizəspor”  hazırda danışıq apardığımız 5-6 klubdan biridir. İstəyirik ki, “Qalatasaray” variantını reallaşdıraq. Bu istəyimizi 2 il əvvəl qarşımıza məqsəd kimi qoymuşuq. Hətta onu da deyə bilərəm ki, “Qalatasaray” artıq “Seleznyov” yazılmış formalar da hazırlatdırıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31