26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

"Qarabağ"dan daha biri getdi, biri də gəlir

"Qarabağ" daha bir futboolçusu ilə yolları ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, Rahid Əmirquliyevin başa çatan müqaviləsi yenilənməyib.

Millimizin yarımmüdafiəçisi 2016-cı ildə uzun müddət şərəfini qoruduğu "Xəzər Lənkəran"dan  Ağdam klubuna keçmişdi.

Qeyd edək ki, buna qədər "Qarabağ" müqavilələri başa çatan Pedro Enrike, Riçard Almeyda, Əfran İsmayılov və Arif Daşdərimovla da yolları ayırıb.

Bu arada “Qarabağ”a transfer olunacağı gözlənilən Xama Billiat Cənubi Afrikanın “Mamelodi” komandasını heyətində son oyununu keçirib.

Zimbabveli hücumçu Afrika Çempionlar Liqasının yarımfinal mərhələsinin “Horoya” ilə cavab görüşündə iştirak edib. İki oyunun nəticəsinə əsasən, Billiatın komandası mübarizəni dayandırıb. 2:2 hesabı ilə yekunlaşan təkrar matçda 27 yaşlı futbolçu bir qol vura bilib. BBC-nin saytı yazır ki, bu, Billiatın “Mamelodi”də son matçı olub. “O, karyerasını bundan sonra böyük ehimalla Azərbaycanda davam etdirəcək” - deyə bildirilib. Klub adı çəkilməsə də, bunun “Qarabağ” olduğu şübhə doğurmur (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30