27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Neymarı satqın adlandırıb, formasını yandırdılar

Neymarın PSJ-yə keçidi “Barselona” azarkeşlərinin kəskin narazılığına səbəb olub

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçunun qərarı Kataloniya klubunun fanatlarında qıcıq yaradıb.

Sosial şəbəkədə bu narazılığı əks etdirən video paylaşılıb. Belə ki, “Barsa”nın bir qrup azarkeşi Neymardan acıqlarını onun formasını yandırmaqla çıxıblar. Onlar Braziliya yığmasının üzvünü satqın adlandırıblar.

25 yaşlı hücumçu yeni komandasında 10 nömrəli formada çıxış edəcək. PSJ-nin 222 milyon avro qarşılığında heyətinə qatdığı Neymar dünyanın ən bahalı futbolçusu adına yiyələnib. Fantastik məbləğ artıq “Barselona”nın hesabına köçürülüb.

Qeyd edək ki, Neymar 2013-cü ildən “Barselona”nın formasını geyinirdi.

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30