26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

FTB FİFA rəsmilərinin həbsinə başladı

Amerika Federal Təhlükəsizlik Bürosunun (FTB) həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın bir neçə yüksək vəzifəli rəsmisi dünən gecə Sürixdə saxlanılıb. Futbolxeber.az-ın məlumatına görə, həbslər FİFA prezidentliyinə seçkilər ərəsində aparılıb. Məlumata görə, həbs olunanlar arasında FİFA prezidenti Yozef Blatter yoxdu. Həbslər FTB-nin 3 illik araşdırmasının nəticəsidir.  

“The New York Times” yazır ki, araşdırma 1990-cı illərin əvvəlində baş vermiş rüşvət hadisələri ilə əlaqədardır. Həbs olunanların hamısı ABŞ-a ekstradisya olunacaqlar. Hələlik saxlanılanlardan 3 nəfərin adı açıqlanıb. Bunlar Euqenio Fiqueredo, Kosta-Rika nümayəndəsi Eduardo Li və Trinidad və Tobaqodan olan Cek Uornerdir.

Həbs olunanların sayı haqda dəqiq məlumat yoxdur. CNN 14 yazır, “Associated Press” 6 nəfərin həbs olunduğu qeyd edir, “Bloomberg” isə vurğulayıb ki, saxlanılanların sayı 10-dan az deyil. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30