Xarici futbol
Konte: “Rəqibin hücum qurmağını gözləməkdənsə, əks-hücumlarda uduzmaq daha yaxşıdır” (Müsahibə)
Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İtaliya yığmasının yeni çalışdırıcısı Antonio Konte ölkə mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Milliyə ilk dəfə çağırılmağınızı xatırlayırsınız?
- Bu, qeyri-adi bir hiss idi.Həmin vaxt Sakki 4-4-2 taktiki sxemindən yararlanırdı. Biz isə “Yuventus”da hələ də liberoyla oynayırdıq. Milliyə çağırıldığım üçün çox şad idim. Özümü ilk dəfə məktəbə gedən uşaq kimi hiss edirdim. Mən hər şeyin yüksək səviyyədə təşkil olunduğu bir komandaya düşmüşdüm. Xüsusən də müdafiə xətti fantastik idi. İlk gündən millidə əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım. Bir maraqlı məşqi xatırlayıram...
- Hansını?
- Sakki müxtəlif rəngli bayraqlı yanaşı yerləşdirmişdi. Biz isə göstərilən hərəkəti yerinə yetirməklə ora tez çatmalıydıq. Mənim üçün bu, cəhənnəm əzabı idi. Yaxşı ki “Milan”ın oyunçuları mənə lazımı məsləhətləri verirdilər. Onların sözünə qulaq asaraq, ilk sırada dayanmadım. Çünki bu halda sən pərt ola bilərdin. İrəlidə yalnız bu hərəkəti gözüyümlu yerinə yetirməyi bacaranlar oyunçular dayanmışdı. Mən isə onların ardınca gedir, etdikləri hərəkəti təkrarlayırdım. Həyəcan da öz yerində. Anladım ki, nə olur, olsun millidəki yeri qazanmalısan. İndi də öz futbolçularımdan da bunu tələb edirdəm.
- Amma Sakki ilə müqayisədə sizin seçim imkanınız daha azdır. Razısız?
- Hə, bu gün seçim imkanım elə də böyük deyil. Yarımmüdafiə xəttini saymasaq. Hətta müdafiə baxımından belə oyunçu qıtlığı var. Baxmayaraq ki, bu gün İtaliyada Ruqani kimi istedadlı müdafiəçilər var.
- Deməli, “A” seriyasında legionerlərin çoxluğu sizi də narahat edir?
- Problem kənardan göründüyündən də ciddidir. Hər kəs məndən soruşur ki, “millidə sürpriz adlar” olacaq. Mən isə onlara cavab verirəm ki, “hansı sürpriz?” Gəlin, açıq danışaq. Prendellinin sərəncamında olan heyət elə bu gün üçün ideal idi. Meydanda 2-3 dəqiqə vaxt keçirmək, ya da 1 oyunda 2 qol vurub, 15 oyunda qola həsrət qalmaq heç nə demək deyil. Milli hər bir futbolçu üçün mükafatdı. Bu zaman fərqli hisslər keçirməlisən. Yığmadan dəvət almaq oyunçunu həyəcanlandırmalıdı.
- Gənc futbolçuları düzgün şəkildə necə yetişdirmək olar?
- Buna kimi görülən işlərə kölgə salmaq fikrində deyiləm. Sakki və Vişidi, eləcə də Sandreani İtaliya futbolu üçün çox işlər görüblər. Amma mənim də müəyyən fikirlərim var. Əsas məqsəd müdafiəni güclü qurmaq, həmçinin yanaşı oynayan 2 hücumçunun anlaşmasını yaxşılaşdırmaq, eləcə də güclü cinah yarımmüdafiəçiləri tapmaq lazımdır. Mən elə cinah futbolçusu istəyirəm ki, 4-4-2 oynayanda komanda hücuma keçirsə, sistem avtomatik olaraq 4-2-4-ə çevrilməlidir. Mən bu fəndi çox sevirəm. Biz ilk növbədə U-20 və U-21-də olan gənclərə diqqəd yetiməliyik. Onlar hər an əsas milliyə dəvət almağa hazır olmalıdırlar. Bunu da haqq etməlidirlər. “Skuadra Adzurra”ya gedən yol uzundu. Biz bu məsafəni qısaltsaq, yığmanın nüfuzunu aşağı salmış olarıq.
- Belə çıxır ki, İtaliyanın bütün millilərində eyni taktika olacaq?
- Onsuz da gənclərin məlum taktiki düzülüşü var. Onlar ya 4-4-2, ya da 4-2-3-1 oynayırlar. Amma mənim üçün daha vacib olan prinsiplərdi, rəqəmlər yox: 1) qələbəyə can atmaq, 2) konkret, güclü və aqressiv olmaq lazımdı, 3) itirilən top dərhal qaytarılmalıdır. Bununla belə, başlanılan işi də yarımçıq qoymaq olmaz. Ən düzgünü hansısa gənclər komandasında, məsələn U-17-də yoxlama görüşləri zamanı eksperiment aparmaqdı.
- Çoxları 3-5-2 taktiki sxeminin müdafiəyə çox meyilli hesab edir. Bu fikirlə razısız?
- Bu, mənim də xoşuma gəlmir. Amma mənim “Yuventus”um bu taktika ilə müdafiə futbolu oynamırdı. Hətta deyərdim ki, hücum zamanı bizim 3-5-2 sxemimiz 4-2-4-dən daha böyük qüvvə ilə irəli gedirdi. Çünki biz bu halda 4 deyil, 5 nəfərlə hücum edirdik. 2 hücumçu, 2 cinah yarımmüdafiəçisi və irəli çəkilmiş 1 mərkəz yarımmüdafiəçisi. Amma milli ilə bağlı planım daha fərqlidi. Belə ki, eyni taktika ilə millidə oynayarkən daha hücumameyilli olacağıq.
- Hücumun cinahlarında Əl-Şəravi, Berardi, İnsinye qərarlaşa bilərlər?
- Berardi, hə. Amma milliyə düşmək üçün ilk növbədə o, bir qədər də təcrübə toplamalıdır. Əl-Şəravi indi fiziki cəhətdən əla formadadı. 2 il əvvəl o, möhtəşəm forma yığmışdı. “Yuventus”a qarşı oyunlarını çox yaxşı xatırlayıram. Əla texnikası var və çox sürətlidi. Hazır olsa, millinin qapısı daim onun üzünə açıqdı. Amma Kandrevanı da unutmaq olmaz. Stefan dünya səviyyəli futbolçu olmağa qadirdi. Maccio da cinahda qərarlaşa bilər. İnsinyenin isə inanılmaz istedadı var. O, birə birdə çox əla təsir bağışlayır. Lorenso səviyyəsini daha da yüksəldə bilər. Amma nəzər almalıdır ki, hər futbolçu üçün öz doğma şəhərində oynamaq çox çətindir.
- Balotelli yenidən İngiltərəyə qayıtdı. Sizcə, nəsə dəyişəcək?
- Milli üçün bunun heç bir əhəmiyyəti yoxdur. Hamı bilsin, mənim sevimli oyunçum yoxdur. İngiltərəyə qayıtmağın Marioya yaxşı və ya pis təsir edəcəyini bilmirəm. Amma onu bilirəm ki, milliyə düşmək istəyən futbolçu bunun üçün bütün bacarığını nümayiş etdirməlidir. Özü də həmin futbolçu üçün milli 1-2 oyunluq yox, daimi olmalıdır. Yəni, bu istəklə yaşamaq lazımdı. Hər zaman şəxsiyyətlərə üstünlük vermişəm. Uğur qazanmaq üçün vahid komanda olmaq birinci şərtdir.
- Sizcə, yaşının çoxluğuna baxmayaraq Pirlo sona kimi seçmə mərhələdə oynaya bilər?
- Mən tezliklə onunla görüşərək, bu haqda danışacağam. Bilirəm ki, Andrea milli ilə vidalaşıb. Amma mən onu komandada görmək istəyirəm. Onun üçün yaxşı planım da var. Lakin indidən 2 ildən sonra komandanın vəziyyətinin necə olacağını deyə bilmərik. Ola bilər ki, tezliklə milliyə yeni futbolçular cəlb olunsun. Sonradan isə mən onlardan imtina edim, başqalarına dəvət göndərim. Kiminsə texniki-taktiki, ya da insan kimi milliyə uyğun olmaması mümkündür. Bu 2 il ərzində Pirlo daha irəli də gedə bilər, çökə də.
- Pirlo ilə Verrattinin “əməkaşlığ”ı mümkündür?
- Verrattinin inanılmaz istedadı var. Elə dünya çempionatında da o, çox yaxşı təsir bağışladı. Marko ilə birgə çalışmaq mənə çox maraqlı gələcək. İndi bu suala konkret cavab verə bilmərəm. Amma onu deyim ki, “Yuventus”da olduğu kimi millidə də mərkəzdə üç futbolçunun qərarlaşmasını istəyirəm. “Yuventus”da bunu Poqba, Vidal və Markizio edirdi. Lakin millidə...”üçlüy”ü də olmasa, 1 nəfərin adını çəkə bilərəm. Bu, De Rossidir. O, məhz mərkəzdə qərarlaşacaq. Müdafiə olunanda isə daha “aşağı” düşəcək. Müdafiə xətti də avtomatik olaraq “dördlüy”ə çevriləcək.
- Sizin rəhbərliyiniz altında İtaliya millisi hücum futbolu sərgiləyəcək?
- Əlbəttə. Mən istəyirəm ki, müdafiə olunan tərəf rəqib olsun.
- 2 illik müqaviləyə imza atdınız. Rusiyada keçiriləcək dünya çempionatında da komandanı sizin çalışdırmaq şansınız var?
- Mənə məhz 2 illik təklif gəldi, mən də razılaşdım. Bu vəzifəni böyük məmuniyyətlə qəbul etdim. Çünki bilirəm ki, bu, böyük məsuliyyətdir. Məni tanıyanlar bilir - nədəsə əmin deyiləmsə, heç vaxt o işin qulpundan yapışmaram. Bundan başqa, təklifi qəbul etməyimdə qəzetdə oxuduğum bir məqalənin də böyük rolu oldu.
- Nə məqalə?
- Orada qeyd olunmuşdu ki, təklif qəbul etsəm, tarixə İtaliya millisinin cənubdan olan ilk baş məşqçisi kimi düşəcəm. Bu da fəxr etmək üçün bir əsasdır. Çünki dünyaya gəldiyim, böyüdüyüm yeri heç vaxt unutmuram. Orada məşqçilər yeniyetmələrə zərərli vərdişlərdən uzaq olmağa yardım edirlər. Mənim atamın da missiyası məhz bu idi. Uşaq vaxtı mən “Yuventine”də məşq edərkən həmin ərazi kriminal rayona çox yaxın idi. Həmin rayonda cırıq mayka və velosipedsiz gəzmək daha məqsəduyğun idi. Çünki maykan nomral olsaydı onu cıracaq, velosipedini də alacaqdılar. Futbolçu kimi qazandığım uğurlarda həmin günləri unutmamağımın böyük rolu oldu.
- Son sual. Qarşıdakı zaman üçün ilk üç məqsədiniz hansıdır?
- İlk növbədə futbolçularıma futbola baxş tərzimi anlatmalıyam. Bunun üçün xeyli taktiki məşq keçməli və mini-oyunlar təşkil etməliyik. Eləcə də video materiallardan yararlanmalıyıq. Əsas ideya isə odur ki, meydanın mərkəzində rəqibin hücum qurmağını gözləməkdənsə, əks-hücumlarda uduzmaq daha yaxşıdır. Sonuncu məqam isə odur ki, rəhbərliyim altında oynayan hər bir futbolçu İtaliyaya sevgi və səbrlə yanaşmalıdır. Unutmayın ki, İtaliya dörd ulduzla Braziliyadan sonra dünyanın ən vacib millisidir.
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
-
10:05
Şəhriyar Məmmədyarov Bundesliqanın qalibi olub
-
09:52
"Qarabağ" liderliyini möhkəmləndirib
-
09:41
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
-
23:24
Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə...”
-
23:11
“Sumqayıt”ın məşqçisi: “Geriyə yox yoxdur”
-
23:00
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi VİDEO
-
21:56
"Neftçi" və "Sumqayıt"dan qələbə
-
21:42
Şeydayevin komandasından əzmkar qələbə
-
21:05
"Neftçi"dən "Turan Tovuz"a 3 cavabsız qol VİDEO
-
20:19
Bojoviçdən qələbə şərhi: “Qolları vaxtında vurduq”
-
20:05
Ayxan Abbasov: "Qırmızı vərəqə matçın taleyini həll etdi"
-
18:18
Sxadadze: "Azarkeşlərdən üzr istəyirəm"
-
17:53
Adil Şükürov: “Həm insanları tanıdım, həm də işimi təkmilləşdirdim”
-
17:44
Emin Mahmudov niyə oynamır?
-
15:57
Millimiz Tacikistana qalib gəldi
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu