2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Basketbol

AVRO-2016: “Renat Dadaşov gələcəkdə Almaniyanın əsas millisində oynaya bilər”

“Oyun çətin keçdi. Belçika yaxşı komandadır. Qalib gəldiyimiz üçün sevinirik. Artıq yarımfinal barədə düşünəcəyik”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Almaniyanın U-17 millisinin baş məşqçisi Meikel Şönveitz deyib.

Bakıda keçirilən Avropa çempionatının 1/4 final mərhələsində Belçikanı 1:0 hesabı ilə üstələyən Bundestim yarımfinala adlayıb. Şönveitz çətin qələbə qazanmalarının səbəbini belə izah edib: “Belçika bizim oyun tərzimizi bilirdi. Buna görə çətin keçdi. Amma biz də onların çıxışlarını analiz etmişdik, nəyə qadir olduqlarını bilirdik. Bu oyuna görə Belçika yığmasını təbrik etmək olar”.

Almaniya yığmasının çalışdırıcısı növbəti mərhələ barədə bunları söyləyib: “Fəxr edirik ki yarımfinala keçdik. Növbəti rəqibimiz olan İspaniya yığması güclü komandadır. Deyə bilərəm ki, bizi qarşıda çox maraqlı oyun gözləyir”.

Sonda alman mütəxəssis komandasının üzvü olan azərbaycanlı hücumçu Renat Dadaşovdan da söz açıb: “Renat Belçikaya qarşı çox yaxşı oynadı. Gözəl qol vurdu. Komandamda olan hər bir futbolçu kimi onun da gələcəkdə Almaniyanın əsas yığmasında oynamaq şansı var”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31