4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan cüdoçuları dünya üzrə 7-ci yeri olublar

Azərbaycan cüdoçuları 2023-cü ildə beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə 7-ci yeri tutublar.

Futbolxeber.az-ın judobase.ijf.org saytına istinadən verdiyi məlumata görə, böyüklər, gənclər, yeniyetmələr və veteranlar il ərzində ümumilikdə 207 medal əldə ediblər.

Bunun 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc olub. Dünyanın yalnız 6 ölkəsinin cüdoçuları bu baxımdan Azərbaycanı qabaqlaya biliblər. Bunlar Fransa, Braziliya, İtaliya, Yaponiya, Qazaxıstan və Almaniyadır.

Medal sıralamasında birinci yeri 132 qızıl, 129 gümüş, 222 bürünc medalla Fransa tutub.

İlk “10-luq” aşağıdakı kimidir:

1. Fransa - 132 qızıl / 129 gümüş / 222 bürünc

2. Braziliya - 123 / 94 / 159

3. İtaliya - 78 / 82 / 131

4. Yaponiya - 74 / 36 / 39

5. Qazaxıstan - 71 / 86 / 167

6. Almaniya - 67 / 67 / 123

7. Azərbaycan - 64 / 47 / 96

8. Özbəkistan - 63 / 60 / 110

9. Kanada - 63 / 52 / 83

10. Cənubi Koreya - 62 / 46 / 76

Qeyd edək ki, sıralama qızıl medalların sayına əsasən müəyyən edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31