4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatı keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış dekabrın 24-də başlayacaq və 5 gün davam edəcək.

Bakı İdman Sarayında keçiriləcək çempionata yeniyetmələrin mübarizəsi ilə start veriləcək. Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək.

2023-cü ilə böyüklər və parataekvondoçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 28-də dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun çəki ilə deyil, boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) uyğun yarışacaqlar. Gənclər 20 çəki dərəcəsində (oğlanlar - 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 kq; qızlar - 42, 44, 46, 49, 52, 55, 59, 63, 68, +68 kq), böyüklər isə 16 çəkidə (kişilər - 54, 58, 63, 68, 74, 80, 87, +87 kq; qadınlar - 46, 49, 53, 57, 62, 67, 73, +73 kq) mübarizə aparacaqlar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31