4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib

Milli Paralimpiya Komitəsinin (MPK) İdarə Heyətinin iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, iclasda komitənin prezidenti Hidayət Abdullayev, vitse-prezidenti İlham Zəkiyev, İdarə Heyətinin üzvləri Jalə Əhmədova, Ramilə Mahmudova, Boccia Federasiyasının prezidenti Vüqar Behbudov və komitə nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə 2023-cü ildə MPK-nın fəaliyyəti barədə ümumi məlumat verilib. Cari il ərzində idman nəticələri ilə bağlı hesabat təqdim olunub, beynəlxalq əlaqələr üzrə görülmüş işlər haqqında danışılıb, həmçinin maliyyə hesabatı müzakirə edilib.
 
Daha sonra Azərbaycan yığmalarının paralimpiya oyunlarına hazırlaşması və iştirakı ilə bağlı məsələlər müzakirə edilərək, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına Hazırlıq, Oyunların təşkilat komitəsi ilə keçirilən görüşlər barədə məlumat verilib.
 
Qarşılıqlı müzakirə şəklində davam edən iclasın sonunda yeni təqvim ilində komitə tərəfindən görüləcək işlər və 2024-cü ilin idman təqvimi iclas iştirakçılarına təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31