4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Üzgüçülük üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, sprint üzrə qızlar arasında Fatimə Alkərəmova, oğlanlarda isə Ramil Vəlizadə turnirin qalibi oldular.

Stayer növündə oğlanlardan Süleyman İsmayılzadə, qızlardan Kseniya Voronina birinci yeri tutublar. Bu yarışda milli üzvü olan 15 yaşlı Anastasiya Boborokina ilk dəfə idman ustası normativini yerinə yetirib. Həmçinin 11 yaşlı Orxan Əliyev və Məryəm Cavadova ilk dəfə idman ustalığına namizəd normativlərini yerinə yetiriblər.

Yarışda fəal iştirak edən 58 könüllü və hakimlərə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən sertifikatlar verilib.

Ölkə kubokunun qalibləri ilə yanaşı, yaxşı nəticələr göstərən digər idmançılar da medal və diplomlarla təltif olunublar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31