4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan millisi Latviyaya yollanıb

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Şahin Çatmanın rəhbərlik etdiyi komanda turnirə qatılmaq üçün Latviyaya yollanıb.
 
Yığma ilk oyununu noyabrın 20-də ev sahibi Latviyaya qarşı keçirəcək. Qızlarımız noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə də üz-üzə gələcəklər.
 
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31