4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycan millisinin daha üç üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında qələbə qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Avropa çempionu Nicat Hüseynov ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb. 51 kq çəkidə mübarizə aparan idmançı inamlı qələbə qazanıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares Al-Assi ilə döyüşəcək. Görüş noyabrın 16-da olacaq.
 
Qitə çempionatının finalçısı Ruslan Qədirov (54 kq) də mərhələ adlayıb. O, 1/8 finalda italiyalı Tommaso Skiaccanı 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub edib. Qədirov noyabrın 16-da baş tutacaq 1/4 final döyüşündə Kaya Canla (Türkiyə) qüvvəsini sınayacaq.
 
60 kq-da Maqsud Xasmetov Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. O, noyabrın 14-də 1/8 final çərçivəsində irlandiyalı Kallum Ovenslə münasibətinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə çıxacaq. Daha əvvəl iki idmançı turnirə qələbə ilə start verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31