4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Milli komandalarımız Avropa çempionatında itkisiz irəliləyir

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında  III turun oyunları keçirilib. 
 
Futbolxeber.az saytının məlumatına görə, kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçi üstələyib. Milli 3,5-0,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vasif Durarbəyli partiyaları qələbə ilə başa vurub. Teymur Rəcəbov heç-heçə oynayıb.
 
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi itkisiz irəliləyir. III turda xanım şahmatçılar Polşanı məğlub edib 3-1. Şahmatçılardan Günay Məmmədzadə və Gülnar Məmmədova heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva qələbə qazanıb. 
 
Bu gün Avropa çempionatında IV turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadın şahmatçılar isə Fransa ilə qarşılaşacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31