4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan boksçusu Ümid Rüstəmov Serbiyanın Çaçak şəhərində keçirilən “Qızıl əlcək” beynəlxalq turnirində finala yüksəlib.
 
Futbolxeber.az saytının məlumatına görə, 60 kq çəkidə mübarizə aparan idmançı yarımfinalda yerli rəqibi Stefan Kamoviçi məğlub edib - 3:0 (28:27, 29:26, 29:26). Ü.Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.
 
Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcək” turnirini bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, 3-cü yeri tutublar.
 
Qeyd edək ki, yarışa 15 ölkənin boksçuları qatılıblar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31