29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Güləşçimiz dünya çempionatının finalında

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, ikinci yarış günündə 57, 74, 79 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əliabbas Rzazadə (57 kq) amerikalı Zeyn Riçardsa 3:2 hesabıyla qalib gəlsə də, iranlı Milad Vəlizadəyə məğlub olub - 4:8.

Turan Bayramov (74 kq) Bəhreyn təmsilçisi Maqomedrasul Asluyev (10:0) və qırğızıstanlı Arsalan Budajapovu (tuş) mübarizədən tam üstünlüklə kənarlaşdırıb. O, 1/4 finalda türkiyəli Soner Demirtaşla gərgin qarşılaşmadan minimalhesablı (5:4) üstünlüklə ayrılıb və yarımfinala yüksəlib. Turan finalın bir addımlığında rusiyalı olimpiya və 2 qat dünya çempionu Zaurbek Sidakovla üz-üzə gəlib. O, bu mərhələdə uduzduğu üçün  (1:5) sabah bürünc medal uğrunda güləşəcək.

Orxan Abasov (79 kq) debütdə iranlı İman Mahdavinə qalib gəlib- 6:3. Abasov növbəti mərhələdə ermənistanlı Arman Avaqyana "tuş"la qalib gəlib və 1/4 finala yüksəlib. Orxan amerikalı Çandler Marstelleri dəüstələyib - 9:3. Yarımfinala vəsiqə qazanan  debütant rusiyalı Axmed Usmanova 0:3 hesabıyla məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahaliuk (10:0) üzərində inamlı qələbənin ardınca amerikalı Zahid Valensiyadan güclü olub - 5:1. Təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidaya da heç bir şans tanımayıb - 10:0. Nurmaqomedov həlledici görüşdə qazaxıstanlı Rizabek Aitmuxanla qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30