4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Taekvondoçumuzdan bürünc medal

Azərbaycan taekvondoçusu Minayə Əkbərova Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 22 yaşlı idmançı 46 kq çəki dərəcəsində üçüncü yeri tutub.

O, 1/8 finalda amerikalı Karine Leclerbqi, növbəti raundda isə fələstinli Miar Qabahanı eyni hesabla (2:0) məğlub edib. Taekvondoçu yarımfinalda Yinq-Hsuan Huanqla (Çin Taypeyi) üz-üzə gəlib. Əkbərova bu dəfə məğlubiyyətə üzülüb və bürünc medala layiq görülüb.

Azərbaycan millisinin digər taekvondoçuları Səyyad Dadaşov (54 kq) və Yaşar Məmmədli (68 kq) 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, daha əvvəl cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar, bədii gimnast Zöhrə Ağamirova isə ikinci yeri tutub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31