4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

26 iyul-3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Futbolxeber.az saytına Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) verilən məlumata görə, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan Füqan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub. F.Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib.

O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb.

Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31