4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Dünya çempionatında çıxış edəcək güləşçilərimiz müəyyənləşib

Güləş üzrə Azərbaycan yığmalarının iyulun 31-də Türkiyənin İstanbul şəhərində start götürəcək U-17 dünya çempionatı üçün heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, avqustun 6-dək davam edəcək yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Heyətdə Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Tural Əhmədov (55 kq), Roman Kərimov (60 kq), Yusif Əhmədli (65 kq), Cavad Məmmədov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yer alıb.

Daha sonra qadın güləşi üzrə mübarizə baş tutacaq. Səadət Quliyeva (43 kq), Ruzanna Məmmədova (53 kq), Günay Qurbanova (57 kq) və Zəhra Kərimzadə (69 kq) medal qazanmağa çalışacaq.

Mundialn son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Sədrəddin Həsənov (51 kq), Tural Əliyev (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), İsmayıl Əsədli (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) qüvvəsini sınayacaq.

Başakşehir İdman Kompleksində keçiriləcək yarışda görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Dünya çempionatında I dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31