4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

NBA-da həftənin ən yaxşıları bəlli oldu

Milli Basketbol Assosiasiyasında (NBA) ötən həftənin ən yaxşıları müəyyənləşib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qərb konfransında “Oklahoma-Siti”nin müdafiəçisi Şey Qilces-Aleksander həftənin ən yaxşı oyunçusu seçilib.

Kanadalı basketbolçu bu həftə meydana çıxdığı 3 görüşdə orta hesabla 31,3 xal yığıb. Onun komandası 2 qələbə qazanıb, 1 dəfə isə uduzub.

Şərq Konfransında isə həftənin ən yaxşısı adına “Boston Seltik”in müdafiəçisi Derrik Uayt layiq görülüb. 28 yaşlı basketbolçu komandasına həftə ərzində keçirdiyi 4 oyununun hamısında qələbə qazanmaqda yardımçı olub. Bu görüşlərdə amerikalı orta hesabla 24,5 xal yığıb, 7,5 məhsuldar ötürmə verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31