4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Nadal və Çokoviç Monte-Karloda yarışacaq

Tennis dünyasının aparıcı simaları Rafael Nadal və Novak Cokoviç apreldə Monte-Karloda keçiriləcək Masters seriyalı turnirdə mübarizə aparacaqlar.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu haqda turnirin yeni direktoru Devid Messi açıqlama verib.

O, həmçinin bildirib ki, turnirin püşkatma mərasimində son 2 ilin çempionu Stefanos Sisipas da iştirak edəcək.  

Budəfəki turnir 9-16 aprel tarixlərində baş tutacaq.

Qeyd edək ki, Nadal 11 çempionluqla Monte-Karlo turnirinin mütləq rekordçusudur. Cokoviç isə bu yarışı 2 dəfə qazanıb.

Bu günə qədər Nadalla Cokoviç sözügedən yarışın finalında 3 dəfə üz-üzə gəliblər. 2009 və 2012-ci illərdə ispan tennisçi qələbə qazandığı halda, 2013-cü ildə uğur Cokoviçin tərəfində olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31