4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

“Arizona” 18 oyunluq uğursuz seriyaya son qoydu

Milli Hokkey Liqasının (NHL) növbəti oyunları çərçivəsində “Arizona” səfərdə “Neşvill” üzərində 4:2 hesablı qələbə qazanıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu qələbə sayəsində “Arizona” uğursuz seriyaya son qoyub.

Belə ki, komanda buna qədər səfərdə keçirdiyi son 18 oyunda uduzmuşdu. Nəhayət ki, 19-cu görüşdə Andre Turininin yetirmələri uğursuz seriyanı dayandırmağı bacardı.

ABŞ təmsilçisi sonuncu dəfə səfərdə noyabrın 23-də qələbə qazanmışdı.

Qeyd edək ki, Mərkəzi divizionda mübarizə aparan “Arizona Koyotes” hazırda 44 xalla yeddinci yeri tutur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31