4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Bunu bacaran dördüncü rusiyalı tennisçi oldu

Avstriyanın Lintz şəhərində qadın tennisçilər arasında keçirilən WTA seriyalı turnir başa çatıb.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, finalda dünya reytinqinin 44 nömrəsi Anastasiya Potapova sıralamada 31-ci olan Petra Matriçlə üz-üzə gəlib.

Rəqibini 2:0 (6:3, 6:1) hesabı ilə üstələyən Potapova WTA seriyalı turnirlərdəki beşinci finalında ikinci qalibiyyətini əldə edib.

Potapova “Upper Austria Ladies Linz” turnirini qazanan dördüncü rusiyalı tennisçi olub. Ona qədər bu uğura Nadejda Petrova (2005), Mariya Şarapova (2006) və Anastasiya Pavluçenko (2015) imza atıblar.

Avstriyada qazandığı çempionluq sayəsində Anastasiya Potapova dünya reytinqində 31-ci pilləyə yüksəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31