29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Jurnalistlər arasında şahmat turnirinin bağlanış mərasimi keçirildi

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “Azərlotereya” baş sponsorluğu ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat turnirinin bağlanış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə ilk olaraq Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edib. Jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edən federasiya rəhbəri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim media nümayəndələrinə diqqət göstərdiyini qeyd edib. M.Məmmədov tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsində medianın fədakarlıqla çalışdığını xatırladıb. FİDE rəsmisi peşə borcunu yerinə yetirdiyi zaman şəhidlik zirvəsinə ucalan jurnalistlərin qəhrəmanlığından danışıb.  

Çıxış edən turnirin baş sponsoru “Azerlotereya”nın marketinq üzrə rəhbəri Sənan Orucov daim media layihələrində yaxından iştirak etdiklərini vurğulayıb. Şirkət rəsmisi jurnalistlər arasında yarışın maraqlı mübarizə şəraitində keçdiyini söyləyərək gələcəkdə də belə layihələrə dəstək olacağını bildirib. 

Sonra mükafatlandırma mərasimi başlayıb. Turnirin əzmkar iştirakçısı kimi Bəxtiyar Məcidli və Elmidar Əliyev, yarışda ən erkən qələbənin müəllifi nominasiyasında  Ceyhun Əliyev mükafata layiq görülüb. Yarışın ən həyəcanlı oyunçusu olaraq İlkin Vidadioğlu fərqlənib. 

Üçüncü yerin sahibi “Ağ-qara” komandasının üzvləri Sərxan Musalı və İman Məcidova diplomlar, sponsorlar tərəfindən hədiyyələr və pul mükafatı verilib. Mükafatları Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov təqdim edib. 

Yarışda ikinci olan “FutbolTrend” komandasının üzvləri Faiq Tahirov və Vüqar İmanov diplom, hədiyyələr və pul mükafatına layiq görülüb. Onlara mükafatları milli komandanın üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov verib.

Media turnirinin qalibi “Goallisimo” komandasının üzvləri Aysel Adıgözəlli və Səddam Laçına diplomar və 500 manat pul mükafatı təqdim olunub. Qaliblərə eyni zamanda sponsorlar “Azərçay”, “Coca Cola”dan xatirə hədiyyələri, yapon saatı markası «CASIO EDIFICE»dən saat, Cinema Plus-dan hədiyyə kartları təqdim edilib. 

Bağlanış mərasimində yarışın təşkilatçılığında göstərdikləri dəstəyə görə “Azerlotereya” və yapon saatı markası «CASIO EDIFICE» nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30