26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Karateçilərimiz vətənə döndü

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında uğurlu çıxışla yadda qalan Azərbaycan karate yığması bu gün vətənə dönüb. Futbolxeber.az-ın məlumatına görə. "Qəbələ" karateçiləri - Rafael Ağayev və Rafiz Həsənovun yer aldığı yığma komanda Heydər Əliyev Bəynəlxalq Hava Limanında idmansevərlər tərəfindən coşqu ilə qarşılanıb. Qarşılama mərasimində "Qəbələ" İdman Klubunun müxtəlif növlər üzrə gənc idmançıları və azarkeşləri yer alıb. Onlar tərəfindən karate yığmamızın üzvlərinə gül dəstələri təqdim olunub, qaliblərlə xatirə şəkilləri çəkilib.

Qarşılama mərasiminin ardından media nümayəndələri üçün brifinq təşkil olunub. İslamiadadan 2 qızılla (fərdi və komanda yarışında) dönən "Qəbələ" karateçisi Rafael Ağayev yarış barədə təəssüratlarını bölüşüb: "İslam Oyunlarına yaxşı hazırlaşmışdıq. Yarışın çətin keçəcəyini bilirdik. Şükürlər olsun ki, uğurlü nəticə ilə - 3 qızıl, 2 gümüşlə vətənə döndük. Mənimçün çox yaddaqalan yarış oldu. 8 il bundan öncə yığma komanda ilə ilk turnirə qatılarkən mən heyətdəki ən gənc idmançı idim. Bu dəfə isə yığmanın ən təcrübəli karateçisi kimi yarışa yollanmışdım. Çəkimdə favorit hesab olunurdum. Ümidləri doğrultduğuma görə sevincliyəm. Komanda yarışımız da çox maraqlı və çətin keçdi. Finalda dünyanın ən güclü komandalarından hesab olunan İran təmsilçilərini məğlub etdik. Bizə dəstək verən hər kəsə təşəkkür edirik".

Azərbaycanı və "Qəbələ"ni İslamiadada təmsil edən digər karateçimiz Rafiz Həsənov qələbəyə görə sevincli olduğunu bildirib. O, gələcək hədəfləri barədə də açıqlama verib:

"Vətənə medallarla döndüyümüzə görə sevincliyik. Düşünürəm ki, layiqli qələbələr qazandıq. Qarşıdan bizi mötəbər yarışlar - 2014-cü il Dünya və Avropa çempionatları, ardından isə 2015-ci il Avropa Olimpiya Oyunları gözləyir. Məqsədim sözügedən yarışlara ciddi hazırlaşmaq və mükafatçılar sırasında yer almaqdır".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30