4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan millisində yeni baş məşqçi

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda 9-10 aprel tarixlərində təşkil olunan Azərbaycan çempionatının nəticələri, yığma komandanın formalaşdırılması, beynəlxalq turnirlərdə iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra qərarlar qəbul olunub.

Qərara əsasən, Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən ibarət yığma komanda üzrə böyük məşqçi, Sərdar Həsənov qadınlardan ibarət yığma komanda üzrə böyük məşqçi, Oktay Muxtarov isə yeniyetmələrdən ibarət yığma komanda üzrə böyük məşqçi təyin olunub.

Baş məşqçi Emil Təvəkkül oğlu Əliyev 31 avqust 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-98-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

Uzun müddət Azərbaycan yığma komandasında idmançı kimi çıxış edib. Dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışlarının iştirakçısı və medalçısı olub. Ustad ağır atletlər arasında üçqat Avropa çempionu, Dünya Kubokunun sahibi, dünya çempionatının gümüş medalçısıdır. Ağır atletika üzrə Azərbaycan Respublikasının İdman Ustasıdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31