4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Daha sonra idmançı, məşqçi və hakimlər and içiblər.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva tədbir iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. "Bakı şəhəri daha bir nüfuzlu yarışı qəbul edir. Ölkədə idmana dövlətin böyük qayğı və diqqəti var. Buna görə də, idman uğurlarımız artır, Azərbaycanda gimnastika ilbəil daha da inkişaf edir. Yaradılmış şərait beynəlxalq yarışı yüksək səviyyədə təşkil etməyə imkan verir. Milli Gimnastika Arenası təkcə Azərbaycanın deyil, bir çox xarici ölkələrin gimnastlarının sevimli mərkəzlərindən birinə çevrilib. Bütün qitələrdən gimnastlar böyük həvəslə buraya təlim-məşqlərə və yarışlara gəlirlər. Bakı dünya gimnastikasının əsas mərkəzlərindən biridir. Bütün bunlar Azərbaycan dövlətinin idmana qayğısı sayəsində mümkün olub. Bu qayğıya, bu cür şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarıq".

Vasileva daha sonra Dünya Kubokunu açıq elan edib. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanı fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər. Yarışda 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla, 140 gimnast qüvvəsini sınayacaq. Ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Yarış aprelin 24-də başa çatacaq. Bu, Bakıda bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya Kuboku olacaq. Azərbaycan 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına da ev sahibliyi edib("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31