4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Sahil Babayev milli üzvləri ilə görüşdü

Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş milli komanda ilə görüşüb.

Futbolxeber.az-ın federasiyanın saytına istinadən verdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Avropa çempionu Nicat Hüseynov (51 kq), qitə birinciliyinin ikincisi Ruslan Qədirov (54 kq), bürünc mükafatçılar Cəlal Qurbanovla (63,5 kq) Nəbi İsgəndərovu (67 kq) uğurları münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.

Sahil Babayev bildirib ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 10 ildən sonra Azərbaycan rekordunu təkrarlamaq uğurlu nəticədir. Onun sözlərinə görə, Avropa çempionatında təmsil olunduğumuz 7 çəki dərəcəsində 4 medal qazanmaq yüksək nəticədir.

Federasiya prezidenti vurğulayıb ki, yığmamız U-22-lərin yarışında standart müəyyənləşdirib. Növbəti yarışlarda da komanda üzvlərinin ən azı yarısının medalla Vətənə dönməsi üçün gözəl ənənənin təməli qoyulub.

Nazir görüləcək bütün tədbirlərin ana xəttində ilkin olaraq məhz 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları dayandığını bildirib. O, Olimpiadada da boksçularımızın qızıl medal qazanmaqla idman tariximizdə yeni səhifə açacağına inam ifadə edib. Nazir həmçinin Poreçdə çıxış etmiş idmançıların fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıb.

Avropa çempionu Nicat Hüseynov bu titulla kifayətlənməyəcəyini və növbəti yarışlarda da məqsədi ancaq Azərbaycan himnini səsləndirmək olacağını söyləyib. Digər mükafatçılar və boksçular da əsas hədəflərinin Avropa, dünya çempionatları və Olimpiadada inamlı çıxış olduğunu qeyd ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31