1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Rafiq Hüseynov: "Növbəti olimpiadada qızıl medal qazanmağa çalışacağam"

"Azərbaycana medal gətirdiyimiz üçünsevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir".

Futbolxeber.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı idmançı Vətənə medalla qayıtdığı üçün sevindiyini bildirib: "Həm müharibə, həm də pandemiya şəraitində çətin günlər idmandan da yan keçməyib. Düzdür, bu gün qızıl medal qazana bilmədik. Amma çox sevinirik ki, ölkəyə mükafatsız qayıtmadıq. Medal almayan komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram".

Təcrübəli güləşçi daha bir olimpiadada çıxış etmək arzusunda olduğunu söyləyib: "Hələ 33 yaşım var, elə də çox deyil. Qalib gələ bilirsənsə, davam etmək şərtdir. Mən də idmana bu prinsiplə yanaşıram. Hər bir qələbə, medal motivasiyadır. Xüsusilə də Olimpiya medalı. Çalışacağıq ki, 3 il ərzində hazırlaşaq və növbəti yarışda qızıl mükafata sahib olaq”.

Bürünc medal uğrunda görüşdə ermənistanlı Karapet Çalyanı məğlub edən Avropa çempionu hər qarşılaşmanın onun üçün xüsusi olduğunu vurğulayıb: “4 döyüşün hər biri mənim üçün ağır idi. Hər bir rəqiblə görüşə xüsusi hazırlaşmışdım. Qarşılaşmaların hər biri prinsipial idi. Əsas məqsədim isə medal qazanmaq idi ki, onu da əldə etdim” ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31