4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

“Azərbaycanın, yunan-Roma güləşinin adına çalışıb-vuruşacağıq”

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov Tokio Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, idmançılarımızın bu yarışda müsbət nəticələr qazanacağını düşündüyünü deyib:

"Uşaqlar, prinsipcə, hazırlıqlıdırlar və yaxşı formaya çatıblar. Onlar məhz medal qazanmağa kökləniblər. Bu səbəbdən, ümidvarıq ki, uşaqlar yaxşı çıxış edəcək və medallarla qayıdacaqlar. Ölkənin, yunan-Roma güləşinin adına çalışıb-vuruşacağıq. İşimizi, necə hazırlaşdığımızı Allah da görür. Buna görə də hər şeyin yaxşı olacağını düşünürük".

Komanda üzvlərindən İslam Abbasov yalnız qələbə üçün səfərə çıxdıqlarını bildirib: "Hamımız istəyirik ki, olimpiadada qələbə çalaq və xalqımızı sevindirək. Əlbəttə, nəticənin necə olacağı bilinmir. Lakin hədəfimiz qələbədir və bundan ötrü əlimizdən gələni edəcəyik".

Rafiq Hüseynov da Vətənə yüksək əyarlı medallarla dönəcəklərinə inam ifadə edib: "Çox yaxşı, uğurla çıxış etməyə, xalqımızı sevindirməyə çalışacağıq. Maksimum, yüksək nəticələrlə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, hamımız Vətənə yüksək əyarlı medallarla dönəcəyik".

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1-7 avqustda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31