4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Namiq Abdullayev: “Güləşçilərimiz etimadı doğrultmağa çalışacaqlar”

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi yutub kanalına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis bildirib ki, yığmanın sonuncu təlim-məşq toplanışı Bakıda baş tutub:

"Şükürlər olsun ki, bu gün gəlib çatdı və biz Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanırıq. Pandemiyaya baxmayaraq, həm Milli Olimpiya Komitəsi, Həm Gənclər və İdman Nazirliyi, həm də federasiya güləşçilərimiz üçün bütün lazımi şəraiti yaratdı. Bundan öncə isə digər ölkələrdə hazırlıq prosesi keçib, beynəlxalq turnirlərdə iştirak etmişik. Göygöl Olimpiya Kompleksində həm fiziki, həm də döşək hazırlığı keçmişik".

Abdullayev sərbəst güləşçilərin Tokioda uğurlu çıxış edəcəyinə inandığını söyləyib: "Bilirsiniz ki, 3 lisenziyasımız var. İdmançılarımız göstərilən diqqət və qayğı nəticəsində uzaq Yaponiyada etimadı doğrultmağa çalışacaqlar. İnanırıq ki, güləşçilərimiz həmişə olduğu kimi layiqincə çıxış edəcəklər".

Qeyd edək ki, olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31