26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Avropa Velosipedçilər Birliyinin növbəti iclası keçirilib

Avropa Velosipedçilər Birliyi (UEC) Direktorlar Komitəsinin növbəti islası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, UEC Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov və qurumun Rusiyadan olan vitse-prezidenti Aleksandr Qusyatnikov iclasa videokonfrans rejimində qatılıblar.

Müzakirələr zamanı qeyd olunub ki, COVİD-19 pandemiyası səbəbindən bütün idman növlərində olduğu kimi, velosiped idmanında da beynəlxalq yarış təqviminin ciddi dəyişikliyə məruz qalması mötəbər qurumların rəhbərlərini vəziyyətdən çıxış yolu axtarmağa sövq edir və bununla əlaqədar Avropa Velosipedçilər Birliyi 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa Kuboku yarışlarının təşkilində məcburi dəyişikliklər etmək məcburiyyətində qalıb.

Tokio Yay Olimpiya Oyunlarının gələn il 23 iyul-8 avqust tarixlərində keçirilməsinin planlaşdırıldığını, eləcə də bir sıra digər məsələləri nəzərə alsaq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Belarusun paytaxtı Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının yerinin dəyişdirilməsi məsələsi ciddi müzakirə mövzusu olub. Bundan başqa, gələn ilin martında Danimarkada keçiriləcək Avropa Velosipedçilər Birliyinin Konqresi, quruma prezident və Direktorlar Komitəsinə yeni seçkilərlə bağlı da fikir mübadiləsi aparılıb.

AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov iclasda çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30