26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Olimpiadada iştirak edəcək Azərbaycan şahmatçıları müəyyənləşdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) koronavirus pandemiyasına görə onlayn formatında Ümumdünya Şahmat Olimpiadasını təşkil etməyə hazırlaşır.

Futboleber.az saytının məlumatına görə, avqustun 22-də start götürəcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.

Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

Reqlamentə əsasən, qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Heyətdə ən azı iki qadın şahmatçı mübarizə aparmalıdır. Həmçinin, hər komandada 20 yaşadək bir oğlan və bir qız qrossmeyster olmalıdır.

Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş edə bilərlər. Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda - Top, I, II və III divizionda mübarizə aparacaqlar. Ardınca pley-off baş tutacaq.

Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.

Qeyd edək ki, divizionların tərkibləri açıqlanmayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı Top-divizionda mübarizə aparacağı gözlənilir ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30