Digər idman növləri
Rauf Məmmədov “İpək Yolu Kuboku”nun qalibi oldu
28 may Azərbaycanın Respublika Günü, 26 may Gürcüstanın Müstəqillik Gününə həsr edilən blits şahmat üzrə internet üzərindən “İpək Yolu Kuboku” turnirinə yekun vurulub.
Futbolxeber.az saytının məlumatına görə, koronavirus pandemiyası günlərində internet üzərində təşkil olunan blits şahmat yarışı maraqlı və gərgin mübarizəylə yadda qalıb.
Son tura qədər liderlik edən Gürcüstan şahmatçısı Bahadur Cobava yekunda Azərbaycan təmsilçisi Aydın Süleymanlıyla oyunda heç-heçə oynamaqla birinci pilləylə vidalaşıb. Şahmatçımız Rauf Məmmədov isə 15-ci turda Nika Volkovu məğlub etməklə “İpək Yolu Kuboku”nun qalibi olub.
Beləliklə, 55 şahmatçının (ümumilikdə 33 qrossmeyster) iştirak etdiyi turnirdə 11,5 xal toplayan Azərbaycan təmsilçisi Rauf Məmmədov turnirin qalibi adını qazanıb. Qalibdən yarım xal geri qalan Gürcüstan şahmatçısı Bahadur Cobava ikinci yerlə kifayətlənib. Turniri yüksək səviyyədə keçirən Nicat Abasov (Azərbaycan) 10,5 xalla üçüncü olub.
Hərəyə 10 xal toplayan Vüqar Rəsulov 4-cü, reytinq favorit Şəhriyar Məmmədyarov 5-ci, Giqa Quparadze (Gürcüstan) 6-cı yeri tutub. Liderlərə qarşı inamlı mübarizəylə yadda qalan şahmatçımız Aydın Süleymanlı 9,5 xalla yarışı 7-ci pillədə başa vurub. Bununla A.Süleymanlı 16 yaşlı iştirakçılar arasında ən yüksək nəticəni göstərib. Eyni xala malik Levan Pantsulaya (9,5 xal; Gürcüstan) və Nicat Məmmədov (9,5 xal; Azərbaycan) müvafiq olaraq 8-9-cu yerləri bölüşdürüb. “İlk onluq”da sonuncu yer 9 xala malik Vasif Durarbəylidədir.
16 yaşlı iştirakçılar arasında Aydın Süleymanlıdan sonra ən yüksək nəticə 8 xal toplayan Əhməd Əhmədzadəylə (22-ci yer) 7,5 xala malik Xəzər Babazadəyə (26-cı yer) aiddir.
Qadınlar arasında ən yüksək nəticəni Nana Dzaqnidze göstərib. Gürcüstan şahmatçısı 8 xalla 20-ci yeri tutub. Eyni xala malik Meri Arabidze 25-ci sırada qərarlaşıb. Azərbaycan şahmatçısı Günay Məmmədzadə 7,5 xalla yarışı 28-ci yerdə bitirib.
Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edib. Turnirin qalibi 2500 avro qazanıb. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına layiq görülüb.
Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF) eləcə də SOCAR-ın təşkilatçılığı ilə keçirilən İpək Yolu Kubokunun təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədovdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO