27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Şahmatçılarımız qızıl və gümüş medal qazandı

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub. Yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Futbolxeber.az saytının məlumatına görə, şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış  mərasiminə milli geyimdə qatılıb. Komanda üzvlərinə və baş məşqçi Fərid Abbasova qızıl medal və çempion üçün hazırlanan kubok təqdim olunub. Mükafatlandırma mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim şahmatçılarımızı tarixi qələbə münasibətiylə təbrik edib. Ardınca şahmatçılarımızın şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Komandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov da mötəbər yarışda komandamızı dəstəkləmək üçün Türkiyədə olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30