26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Rüstəm Orucov: “Finalda uduzmağıma rəğmən...”

“Finalda uduzmağıma rəğmən, evə medalla dönəcəyim üçün xoşbəxtəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının finalında yerli idmançı Şohey Onoya məğlubiyyəti şərh edərkən deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı bu rəqibə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında da uduzduğunu xatırladıb: “Bu gün çox yoruldum, ancaq növbəti yarışlara hazırlaşacağam. Ono ilə qarşılaşmam 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakının təkrarı idi. Mən hazır idim, ancaq o, güclü idmançıdır. Bir neçə dəfə görüşsək də, Onoya qalib gələ bilməmişəm. Gələcəkdə bunu dəyişəcəyimə ümid edirəm. Biz onunla kiçik yaşlarımızdan güləşirik. Bu rəqabətin məni şux saxlamasına görə xoşbəxtəm. Ümid edirəm ki, onunla böyük finallarda qarşılaşmağı davam etdirəcəyik”.

Eyni çəkidə bürünc medal qazanan yığmanın digər üzvü Hidayət Heydərov isə bütün mükafatçıları təbrik edib. "İlk dəfədir Tokiodayam və möhtəşəm Nippon Budokan arenasında bürünc medal əldə etdiyim üçün şadam” deyə o vurğulayıb.

Qeyd edək ki, Rüstəm Orucov yarımfianlda Hidayət Heydərovu məğlub edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30