26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Yığmamızın üzvü Mərakeşdə 2-ci oldu

Şose velosipedi üzrə Elit yığma komandamızın lideri Elçin Əsədov Mərakeşdə mötəbər birgünlük yarışda uğur əldə edib.

Futbolxeber.az saytının məlumatına görə, UCI-ın 1.2 kateqoriyalı “Challenge du Prince - Trophée de l'Anniversaire” turunda 146 km məsafəni 2-ci yerdə başa vuran velosipedçimiz bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 30 reytinq xalı qazandırıb.

Qeyd edək ki, Elçin 2 gün əvvəl Mərakeşdə təşkil edilən digər birgünlük “Challenge du Prince - Trophée Princier” turunda 9-cu olmaqla daha 3 lisenziya xalı əldə etmişdi.

Mərakeşə Elçin Əsədovdan başqa U23 yığmamızın üzvləri Mikayıl Səfərli ilə Mahmud Məmmədov da yollanıb və onların əsas vəzifəsi millimizin liderinin uğurlu çıxışına yardım etməkdir.

Komandamız iyulun 25-də sonuncu birgünlük yarış - “Challenge du Prince - Trophée de la Maison Royale” turunda iştirak etdikdən sonra Vətənə qayıdacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30