26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Bakıdakı dünya çempionatı ən yaxşı mundiallardan biridir”

“Azərbaycanda olmaqdan çox məmnunam. Bakıdakı dünya çempionatı yüksək səviyyədə təşkil edilən mükəmməl idman yarışı oldu. Mən bir çox dünya çempionatlarında olmuşam. Deyə bilərəm ki, Bakı yarışı gördüyüm ən gözəl çempionatlardan biri idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) BMX komissiyasının sədri və İttifaqın İdarə Heyətinin üzvü Artur Lopes qaliblərin mükafatlandırma mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

 “Çempionat çox yüksək səviyyədə keçdi. Bu, Beynəlxalq Velosipedçilər İttifaqı üçün ən böyük nailiyyətlərdən biridir. Biz Bakıya yenidən qayıtmaq istərdik” - deyən Artur Lopes yarışla bağlı danışarkən qeyd edib ki, beşgünlük mundial ərzində yalnız bir gün hava şəraiti ilə əlaqədar çətinlik yarandı. Lakin ortaya çıxan çətinlik növbəti gün peşəkarlıqla aradan qaldırıldı.

 UCI rəsmisi BMX üzrə dünya çempionatının yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan dövlətinə və təşkilatçılara təşəkkürünü belə ifadə edib: “Biz bu çempionatın böyük uğurla keçdiyinin şahidi olduq. Təşəkkürlər, Azərbaycan! Təşəkkürlər, Bakı!”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30