26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

AzVİF: Cüt ötüşmələr üzrə Azərbaycan Kuboku yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, cüt ötüşmələr üzrə Azərbaycan Kuboku uğrunda yarış keçirilib. Futbolxeber.az-ın məlumatına görə, turnirdə müxtəlif yaş qrupları üzrə 21 cütlük mübarizə aparıb.
 
2001-2002-ci il təvəllüdlü oğlan velosipedçilərin 24 km məsafəyə mübarizəsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin təmsilçiləri Osman Qəhrəmanlı-Şahin Eyvazov duetinin qələbəsilə başa çatıb.
 
2001-2001 (24 km)
 
1. Osman Qəhrəmanlı / Şahin Ayvazov (OEQİUVM) - 00:39:24
2. Qadir Mustafayev  / Nəcəf Bağırov (OEQİUVM) - 00:40:40
3. Bəylər Ağayev - Ramazan Əliyev (OEQİUVM) - 00:40:53
 
1999-2000-ci il təvəllüdlü oğlanlar da 24 km məsafəyə yarışıblar və bu kateqoriyada "Lokomotiv" klubunun nümayəndələri Mahmud Məmmədovla Vüqar Nəsibov ən yaxşı nəticə göstəriblər.
 
1999-2000 (24 km)
 
1. Mahmud Məmmədov / Vüqar Nəsibov (Lokomotiv) - 00:37:55
2. Mikayıl Səfərli / Xankişi İsgəndərov (8OEQİUVM) - 00:38:02
3. İvan Orlov / Əli Qurbanov (OEQİUVM) - 00:38:21
 
2003-2004-cü il təvəllüdlü yeniyetmə oğlanlar güclərini 16 km məsafəyə yarışda sınayıblar. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbininin üzvləri Nikita Sitovla Natiq Meydərov bütün rəqiblərini qabaqlamaqla ən yüksək nəticə göstəriblər.
 
2003-2004 (16 km)
 
1. Nikita Sitov / Natiq Meydərov (OEQİUVM) - 00:26:55
2. Nofər Nuriyev / Əli Əsgərov (Lokomotiv) - 00:27:23
3. Elmir Əliyev / Rəşad Ağayev (OEQİUVM) - 00:30:00
 
Və nəhayət, 16 km məsafəyə ən güclüləri müəyyənləşdirən qızlar arasında 1-ci yerə 8 saylı Olimpiya İdman Məktəbinin yetirmələri Ayan Xankişiyeva və Elfanə Camalovadan ibarət duet çıxıb.
 
Qızlar (16 km)
 
1. Ayan Xankişiyeva / Elfanə Camalova (8OEQİUVM) - 00:28:12
2. Validə Cabbarova / Viktoriya Sidorenko (8OEQİUVM) - 00:28:25
3. Məleykə İsgəndərova (OEQİUVM) / Lalə Əbdürəhmanova (8OEQİUVM) - 00:32:11
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30