27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

“Synergy Baku”dan Mərakeşdə uğurlu sonluq

Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 10 günlük “Tour du Maroc” yarışına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, velotur ölkəmizin “Synergy Baku” kontinental komandası üçün uğurlu sonluqla başa çatıb.

Sonuncu, 10-cu mərhələdə iştirakçılar Rabatdan Kasablankaya qədər olan 120 km məsafəni qət ediblər. Velosipedçilərimizin hamısı - Elçin Əsədov, Samir Cəbrayılov, Kiril Pozdnyakov və Yosip Rumaç məsafəni 2 saat, 30 dəqiqə, 31 saniyəyə başa vuran pelotunun içərisində olublar və bununla da yekun sıralanma mövqeyində demək olar ki, heç bir dəyişiklik baş verməyib. Yarışın 1-ci və 4-cü mərhələlərində qalib olan Elit yığma komandamızın üzvü Kiril Pozdnyakov ümumi təsnifatda 3-cü yeri tutmaqla fəxri kürsüyə qalxıb. İlk 20-likdə “Synergy Baku”nun daha 2 üzvü yer alıb - bunlar müvafiq olaraq 11 və 13-cü yerdə qərarlaşan Yosip Rumaç və 7-ci mərhələnin qalibi olmuş Elit yığmamızın digər üzvü Elçin Əsədovdur. Samir Cəbrayılov sıralanmada 25-ci olub.

Mərakeş Turunu “Synergy Baku” üçün əlamətdar edən ən önəmli məqamlardan biri də Yosip Rumaçın yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “Dağlar Kralı” köynəyinə yiyələnməsidir. 4-cü mərhələdən etibarən liderliyə yüksələn velosipedçimiz bu üstünlüyünü sonadək qorumağı bacarıb və cari mövsümdə komandasına ilk köynəyi qazandırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30