27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Millimiz İtaliyada 1-ci oldu

İtaliyanın Liqnano şəhərində ənənəvi "Alpe Adrea" beynəlxalq cüdo turniri keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, 22-ci dəfə baş tutan festivalda Avropanın müxtəlif ölkələrindən 1046 gənc cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları beynəlxalq yarışda 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. 
 
Musayev Hacı (55kq), Hüseynov Kəramət (60 kq), İbrahimov İsmayıl (66 kq), Cəfərov Hasil (73 kq) və Mirzəyev Aslan (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq), Ayxan Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) bürünc medala sahib olub. 
 
Beləliklə 13 medal əldə edən gənclərdən ibarət milli komandamız ümumi hesabda 1-ci yeri tutub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30